Bakıda yük maşını qadını vuraraq öldürüb

10:49 - 29 Avqust 2019 - Xəbər

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 28-i Sabunçu rayonu Maştağa qəsəbəsində yük maşını 1949-cu il təvəllüdlü Bədəlova Tahirə Əsgər qızını vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti