Göyçay, Ucar, Zərdabda qaz təchizatının 2 gün dayandırılması təxirə salınıb

11:26 - 17 Avqust 2019 - Xəbər

“Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb. 

İB-dən Ucnoqta.az-a verilən məlumatda deyilir ki, bu səbəbdən də qeyd edilən rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə dayandırılması təxirə salınıb.

Xatırladaq ki, “Azəriqaz” Göyçay, Ucar, Zərdab rayonlarının bəzi ərazilərində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması ilə bağlı elan vermişdi.

Xəbər xətti