Qubada 8 yaşlı uşağı avtomobil vurub

18:06 - 15 Avqust 2019 - HADİSƏ

Quba rayonunda 8 yaşlı uşağı avtomobil vurub.

Xaçmaz rayon sakini, 2011-ci il təvəllüdlü Hüseyn Tehran oğlu Eyvazovu Quba şəhəri H.Əliyev prospektində avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Eyvazovu avtomobilin sürücüsü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Yaralıya, sağ baldır nahiyəsinin geniş həcmli əzilmiş-cırılmış yarası, sifətin sağ nahiyəsinin əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub, travmatologiya şöbəsində stasionar müalicəyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti