Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb

16:57 - 11 Avqust 2019 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.

Axşama küləyin tədricən səngiməsi gözlənilir.

Xəbər xətti