Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

14:06 - 11 Avqust 2019 - Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkədə paylaşımında deyilir:

"Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. Allah dualarınızı qəbul etsin!"

Xəbər xətti