Bakı Şəhər İcra Hakimiyyətindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

11:09 - 11 Avqust 2019 - Xəbər

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ucnoqta.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqının gözlənildiyini bildirib. BŞİH bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.

Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar.

Xəbər xətti