Bu gün Zaqatalada ikinci zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən xəbərə görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
İkinci zəlzələnin maqnitudası hiss edilməyəcək dərəcədə zəif, 3.4 olub.
Zəlzələ nəticəsində yaşayış yerlərində fəsadlar qeydə alınmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.