Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq

15:27 - 10 Avqust 2019 - Xəbər

Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılacaq. Bunu Türkiyə Hava Limanları Baş İdarəsinin rəhbəri Hüseyn Kəskin deyib. O bildirib ki, hava dəhlizi bu il avqustun 15-də açılacaq. H.Kəskin qeyd edib ki, bununla bağlı razılaşma Hava Limanları Baş İdarəsi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında danışıqlardan sonra əldə olunub: “Bununla da, əvvəllər İran üzərindən həyata keçirilən Naxçıvan reysləri birbaşa dəhliz vasitəsilə baş tutacaq”. /trend

Xəbər xətti