Qorbaçovun vəziyyəti ağırdır

11:40 - 10 Avqust 2019 - Xəbər

SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçovun vəziyyəti ağırlaşıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Aleksey Venediktov məlumat yayıb. Onun sözlərinə görə, Qorbaçov son 6 ayı demək olar ki, xəstəxanada keçirib.

Venediktov qeyd edib ki, o, ara-sıra eks-prezidentlə görüşür: “Beyni ilə bağlı hər şey qaydasındadır. Çox çətin yeriyir, üst-üstə xeyli xəstəliyi var. Son 2 ildir ki, vəziyyəti çox ağırdır”. 

Xəbər xətti