Türkiyənin cənubunda Hatay vilayətində hərbi hissələrin birində hərbi anbarda partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissənin yaxınlığında evdə olan insanlar təxliyə edilib.
Partlayışın səbəbi məlum deyil.