ABŞ-ın Pensilvaniya ştatının Montqomeri qəzasında bu gün səhər kiçikmühərrikli “Beechcraft Bonanza” təyyarəsi qəzaya uğrayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Təyyarə Filadelfiya şəhərindən Kolumbusdakı Ohayo Universitetinə gedirmiş.
Hadisəyə dair araşdırma aparılır.