Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

18:28 - 8 Avqust 2019 - Xəbər

Prezident İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər xətti