Arxangelsk vilayətində partlayış baş verib.
Partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir. Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.
Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil./trend