Baş prokurorunun müavininin Şəmkirdə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

20:42 - 7 Avqust 2019 - Xəbər

Baş prokurorun müavininin Şəmkir şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Baş Prokurorluğun mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayon sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.

Qəbul avqustun 16-da saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.

 

 

 

Xəbər xətti