İmişlidə ekskavator su kanalına düşüb, sürücü ölüb

15:59 - 6 Avqust 2019 - HADİSƏ

İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb. Hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü suda boğulub.  Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti