“Mersedes” dəmir arakəsməyə çırpıldı - Video

10:17 - 1 Avqust 2019 - HADİSƏ

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb.

90-XF-403 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Zərbənin təsirindən maşın 30-40 metr sürüşüb.

Qəza zamanı ölən və yaralananlarla bağlı məlumat verilmir.

Hadisə nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. /oxu.az

Xəbər xətti