Avstraliyada təyyarə işıq dirəyi ilə toqquşdu

22:00 - 30 İyul 2019 - Xəbər

Avstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub.

Hadisə təyyarə yerdə hərəkət edərkən baş verib. İnsident zamanı təyyarədə 62 sərnişin və 4 heyət üzvü olub. Xəsarət alanların olmadığı deyilir.

Hava limanından təyyarənin burun hissəsinin ziyan gördüyü deyilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır./trend

Xəbər xətti