Qusarda külli miqdarda narkotik yandırılıb

10:42 - 25 İyul 2019 - Xəbər

Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kəndi ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm-ə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti