Messi cəzalandırıldı

11:47 - 24 İyul 2019 - İDMAN

Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb. 

Buna təcrübəli hücumçunun Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının ünvanına səsləndirdiyi ittihamlar səbəb olub. 

1500 dollar dəyərində cərimə olunan 32 yaşlı futbolçu cəza səbəbiylə “DÇ-2022”nin seçmə mərhələsinin ilk oyununu buraxacaq.

Qeyd edək ki, Lionel Messi  Braziliyaya uduzduqları qarşılaşmadan sonra KONMEBOL-u korrupsiyada günahlandırmışdı.

Xəbər xətti