Yardımlıda avtomobil dərəyə yuvarlandı: yaralılar var

13:31 - 23 İyul 2019 - HADİSƏ

Yardımlıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı-Yardımlı avtomobil yolunda qeydə alınıb. Yardımlı rayonunun Bozayran kənd sakini Əmrah Baxışzadənin idarə etdiyi “VAZ 21011” markalı minik maşını qəfildən idarəetməni itirərək dərəyə aşıb.

Sürücü və avtomobildə olan sərnişinlər - Vüqar Baxışov və Sirac Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır yaralanan V.Baxışov paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti