Gürcüstanda hoteldə kütləvi zəhərlənmə

16:28 - 22 İyul 2019 - Xəbər

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti kurort şəhərində yerləşən hotellərdən birində kütləvi zəhərlənmə baş verib.

İki gün öncə hoteldə qalan 9-u uşaq olmaqla 10 nəfər zəhərlənib. Zəhərlənənlər Kobuleti xəstəxanasına çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onların hamısında mədə bulanması və baş ağrısı olub.

Zəhərlənməyə səbəbin xaçapuri olduğu bildirilir. Pasiyentlərin hamısı artıq klinikadan evə buraxılıb.
Kütləvi zəhərlənmə faktının qeydə alındığı hoteldə yoxlama aparılır. /report

Xəbər xətti