Kürdəmirdə yol qəzası olub- xəsarət alanlar var

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 XP 233 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı şəhəri Nəsimi rayonu sakinləri - 1974-cü il təvəllüdlü Mahmudova Lalə Əli qızı və 2004-cü il təvəllüdlü Bədirxanova Sara Müflis qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /report
Tarix
22 İyul 2019 [08:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-22 08:53:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin