Türkiyədə mikroavtobus dərəyə yuvarlandı: 15 nəfər öldü - VİDEO

15:30 - 18 İyul 2019 - Xəbər

Türkiyənin Van bölgəsində mikroavtobus qəzaya uğrayıb. 

“Haber7” xəbər verir ki, hadisə Vanın Özalp rayonunun Sürüyolu məhəlləsində qeydə alınıb.  Miqrantları daşıyan mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

Qəzanın səbəbləri məlum deyil. Yaralıların bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir. /oxu.az

Xəbər xətti