"WhatsApp", "Instagram" və "Facebook" yenə çökdü

17:05 - 17 İyul 2019 - Xəbər

"Instagram" və "Facebook" sosial şəbəkəsinin işində problem müşahidə olunur.

Problem bir sıra Avropa ölkələrində, eləcə də Rusiyada müşahidə olunur. Qeyd edilir ki, istifadəçilər şəbəkələrə daxil ola bilmirlər.

Bundan başqa, "WhatsApp" proqramında səs faylları və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Eyni problem hazırda Azərbaycanda da müşahidə edilir./trend

Xəbər xətti