Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin yanvar-may aylarında əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq, 2019-cu il iyunun 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.  Yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb. /oxu.az
Tarix
17 İyul 2019 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-17 10:36:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin