Ələtdə FACİƏ: Baba dənizdə batan nəvəsini xilas etmək istədi, hər ikisi boğuldu

19:50 - 16 İyul 2019 - HADİSƏ

Ələt qəsəbəsində ailə faciəsi baş verib.

Qəsəbənin “Yanar dağ” adlanan ərazisində 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. Hadisəni görən Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.

Səhiyyə nazirliyindən verilən məlumata görə, dərhal Təcili Tibbi Yardım çağrılsa da, həkim briqadası hadisə yerinə gələnə qədər hər iki şəxs keçinib.

Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb./oxu.az

Xəbər xətti