Xoşqədəm təndirə çörək yapdı — Video

19:03 - 16 İyul 2019 - Xəbər

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı maraqlı video paylaşıb.

Aparıcı təndirə çörək yaparkən çəkilən videosunu İnstaqram səhifəsində paylaşıb. O, videogörüntüsünü belə şərh edib:
“Lerikdə gözəl bacılarımla çörək bişirdik. Ev işləri, yemək bişirmək mənim ən sevdiklərimdəndir. Görək bəyənəcəksiz?”
Aparıcının paylaşımı qısa müddət ərzində səksən mindən çox insan tərəfindən bəyənilib. Ona çoxlu sayda şərhlər yazılıb./olke.az

Xəbər xətti