Ermənistan vaxtı gələndə AB və AİB üzvlüyü arasında seçim edəcək.
Ucnoqqta.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu jurnalistlərlə söhbətində bildirib.
"Biz həmişə demişik ki, vaxtı gələndə, Ermənistanın AB və AİB arasında seçim etməli olduğunu başa düşəndə bu seçimi etməliyik. Bunda yeni bir şey yoxdur. Hazırda biz AİB-in üzvüyük, orada fəaliyyətimizi davam etdiririk və erməni xalqının Avropa istəklərinin olduğu sirr deyil. Seçim vaxtı gələndə edəcəyik", - deyə o bildirib.
Xatırladaq Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq planlarının xüsusi müzakirə tələb etdiyini və ölkənin həm AİB, həm də Aİ ilə bağlı qərarını mümkün qədər tez verməli olduğunu vurğulayıb.