Yevlaxda mikroavtobus aşıb - xəsarət alanlar var

08:34 - 10 May 2026 - HADİSƏ

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti