Qətərin iki qırıcısı havada toqquşdu

11:25 - 10 İyul 2019 - DÜNYA

Qətərin Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə qəzaya uğrayıb.

Qəza iki qırıcının havada toqquşması nəticəsində baş verib. Məlumata görə, qəza nəticəsində xəsarət alan və ölən olmayıb. Belə ki, pilotlar zamanında təyyarəni tərk edə biliblər.

Qırıcıların hansı səbəbdən toqquşması barədə isə məlumat açıqlanmır. Hadisə ilə bağlı araşdırmaya başlanılıb./trend

Xəbər xətti