Linzaları çıxarmağı unutdu, 1 gözü kor oldu - Foto

Duş qəbul etməzdən əvvəl gözlərindəki linzaları çıxarmağı unudan İngiltərənin Şrusberi şəhərində yaşayan 29 yaşlı Nik Hamfrisin bir gözü kor olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazıb.

Hadisə 2018-ci ilin əvvəlində baş verib. Bir müddət sonra gözündə cızıq görən kişi həkimə müraciət edib. Tibb işçiləri onun sağ gözündə, linzanın su ilə təması nəticəsində yaranan, “Acanthamoeba” amöbu aşkar edib. 

Nik bakteriyaları məhv etmək üçün bir neçə ay göz damcılarından istifadə etsə də, nəticə heç də ürəkaçan olmayıb. Onun sağ gözündəki görmə tamamilə yox olub. Hazırda gənc infeksiyanın məhv etdiyi öz buynuz qişasının transplantasiyasını gözləyir.

Hamfrisin sözlərinə görə, o, ağlına belə gətirməzdi ki, linzaların su ilə təması belə mənfi fəsad törədə bilər. İngiltərəli bir neçə xeyriyyə fondları ilə əməkdaşlıq edir və ümid edir ki, tezliklə normal həyata qayıdacaq. 





 

Tarix
10 İyul 2019 [08:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-10 08:37:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin