Neymar klubunun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb

07:32 - 9 İyul 2019 - İDMAN

Fransa PSJ-sinin futbolçusu Neymar klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.

Paris təmsilçisinin bu gündən başlanan mövsümöncəsi hazırlıq prosesinə braziliyalı hücumçu qatılmayıb. Klub yaydığı açıqlamada Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.

Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya "Barselona"sı geri qaytarmaq niyyətindədir. /report

Xəbər xətti