"Hacı Mazan"ın oğluna DİN-də vəzifə verildi

13:56 - 5 İyul 2019 - Xəbər

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğlu Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib.

Bir müddət öncə sabiq Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə, keçən il Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilən, polis polkovnik-leytenantı Bayram Mazan oğlu Zeynalovun yeni iş yeri məlum olub.

B.Zeynalov Ramil Usubovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinə inspektor vəzifəsinə göndərilib. /Unikal.org

Xəbər xətti