Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb

08:51 - 5 İyul 2019 - HADİSƏ

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./trend

 

Xəbər xətti