Bakıda ər həyat yoldaşını bıçaqlayıb

09:00 - 3 İyul 2019 - HADİSƏ

Binəqədi rayonu, 1-ci Mədən yaşayış massivində bıçaqlanma hadisəsi baş verib. 

 1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti