Bakıda zəncirvari yol qəzası baş verib

21:20 - 1 İyul 2019 - HADİSƏ

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza Nobel prospektində qeydə alınıb. Bildirilir ki, qəzada 4 - "Mitsubishi", "Hyundai" və iki "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yol qəzasının səbəblərini YPX müfəttişləri araşdırır./Apa

Xəbər xətti