Salyanda avtomobil piyadanı vurub

08:39 - 30 İyun 2019 - HADİSƏ

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Salyan şəhərində, Avtovağzal ərazisində qeydə alınıb.  Belə ki, Çuxanlı kənd sakini, 1984-cü il təvəllüdlü Əsədov Səbuhi Xudaverdi oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti