Cəlilabadda kişi həyat yoldaşını döyərək xəstəxanalıq edib

18:33 - 25 İyun 2019 - HADİSƏ

Cəlilabad rayonunda kişi həyat yoldaşını döyüb.

Hadisə Kövüzbulaq kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü A.V. döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətlərilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadın əri tərəfindən döyülüb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti