Binəqədidə 6 otaqlı ev yanıb

09:14 - 25 İyun 2019 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

 

Xəbər xətti