Tovuzda iki avtomobil toqquşub -Foto

15:31 - 24 İyun 2019 - HADİSƏ

Tovuz rayonunun mərkəzində VAZ markalı iki avtomobil toqquşub.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” və “VAZ-2107” markalı minik maşınlarının toqquşması nəticəsində sürücülər – 1975-ci il təvəllüdlü Xəyyat Quliyev və Mübariz Xudiyev xəsarət alıblar. Onlara tibbi yardım göstərilib.

Qəzaya səbəb kimi avtomobillərdən birinin qarşı yola çıxması göstərilir./Oxu.az

Xəbər xətti