Bakıda qadın sürücü avtomobili işıqfora çırpdı - Ölən və xəsarət alanlar var

Bakıda ağır yol qəzası baş verib.

Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiy "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpılıb. Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib.

Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanıb./trend

 

Tarix
24 İyun 2019 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-24 11:06:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin