Fəhlə binadan yıxılıb öldü

11:25 - 21 İyun 2019 - HADİSƏ

Bakıda fəhlə binadan yıxılaraq ölüb.

Hadisə iyunun 20-i saat 19 radələrində Əhməd Rəcəbli küçəsində baş verib. Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Habil Məmmədov fəhlə kimi işlədiyi inşa edilməkdə olan 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə yerinə baxış keçirilib, meyitin daxili və xarici müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. 

Hadisə zamanı tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarının pozulduğu üçün Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir./qafqazinfo

Xəbər xətti