Yük avtomobili mikroavtobusla toqquşdu: 8 ölü, 3 yaralı

10:20 - 21 İyun 2019 - HADİSƏ

Braziliyada yük avtomobilinin mikroavtobusa çırpılması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Ucnoqta.az “Qlobu” telekanalına istinadən xəbər verir ki, insident Feyra-di-Santana və San-Qonasalu-dus-Kampus şəhərləri arasına qeydə alınıb. Bildirilir ki, yük maşınının sürücüsü yolun yağışlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirərək qarşı zolağa çıxaraq içərisində 10 sərnişinin olduğu mikroavtobusla toqquşub. Qəzada mikroavtobusun 8 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisənin günahkarı və mikroavtobusun daha iki sərnişini ağır vəziyyətdə xəstəxanaya  yerləşdirilib.

 

Namiq

Xəbər xətti