Asəf Hacıyev yenidən QDİƏT PA-ya baş katib seçilib

13:51 - 20 İyun 2019 - Xəbər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) yeni baş katibin seçilməsi üçün səsvermə keçirilib.

Səsvermədə iki namizəd iştirak edib. Bunlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan parlament sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulos olub.

Səsvermənin nəticələrinə əsasən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yeni baş katibi A.Hacıyev seçilib. O, bu postda daha 5 il qalacaq./report

Xəbər xətti