Göygöldə mikroavtobus aşıb, sürücü xəsarət alıb

22:08 - 16 İyun 2019 - HADİSƏ

Göygöl rayonunun Topalhəsənli kəndi yolunda mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin 2000-ci il təvəllüdlü sürücüsü Qələndər İbrahimov xəsarət alıb. Qəzadan əvvəl mikroavtobusda nasazlıq yaranıb. Sərnişinlər maşını tərk etdikdən sonra sürücü maşını arxaya vermək istəyib, lakin bu zaman nəqliyyat vasitəsi yolun kənarına aşıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti