Xırdalanda motosiklet qəza törətdi - 20 yaşlı qız dünyasını dəyişdi

11:24 - 14 İyun 2019 - HADİSƏ

Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb.

Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.
Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Xəbər xətti