"İnterpol" qəsdən adam öldürməkdə təqsirləndirilən azərbaycanlını axtarır

21:02 - 13 İyun 2019 - HADİSƏ

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb. Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

"İnterpol" həmin şəxs barəsində beynəlxalq axtarış elan edib./trend

Xəbər xətti