Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var - Foto

17:48 - 7 İyun 2019 - HADİSƏ

Bərdə rayonunda iki yük avtomobili toqquşaraq yanıb.

Hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Belə ki,  iki "QAZel" markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərin birininin yanacaq çənində partlayış baş verib.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt bağlı araşdırma aparılır./report

 


Xəbər xətti