Gürcüstanda helikopter qəzaya uğrayıb, üç nəfər ölüb

Gürcüstanda Kazbeqi qəsəbəsi yaxınlığındakı dağlarda helikopterin qəzaya uğraması nəticəsində iki turist və pilot ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kazbeqi meri Aleksandr Zaqaşvili məlumat verib.

Onun sözlərinə görə, helikopter xarici turistlərə xidmət edən "Aviator plyus" şirkətinə məxsus olub. Helikopter 2013-ci ildə ABŞ-da istehsal edilib.

Hələlik helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil.

 

Tarix
6 İyun 2019 [12:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-06 12:49:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin