Kürdəmirdə avtomobil velosipedçini vurub öldürdü

19:13 - 4 İyun 2019 - HADİSƏ

Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində kənd sakini S.Mirzəyev idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında velosiped sürən, həmkəndlisi Ramin Nadirovu vurub və idarəetməni itirdiyindən yoldan çıxıb.

Nəticədə velosipedçi hadisə yerində ölüb, S.Mirzəyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər./trend

Xəbər xətti